Sumqayıt şəhərində ümumi sahəsi 120 m² olan tövlənin dam örtüyünün yanar konstruksiyaları 70 m² sahədə, damına yığılan 2 ton ot bağlamasının 1,2 tonu və 5 ədəd plastikdən ibarət qapı yanıb. Yanğın zamanı 1 baş iribuynuzlu və 2 baş xırdabuynuzlu heyvan yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə köçürülüb. Tövlənin və ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Nərimanov rayonunda ağırçəkili 1 nəfərin yaşadığı mənzildən çıxarılaraq aşağı endirilməsinə köməklik göstərilməsi üçün müraciət daxil olub. Çağırış ünvanına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri vətəndaşı beşmərtəbəli yaşayış binasının dördüncü mərtəbəsindən aşağı endirib və aidiyyəti üzrə təhvil veriblər.
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Səbail rayonunda üçmərtəbəli yaşayış binasının damında köməksiz vəziyyətdə qalan 1 nəfərin aşağı düşürülməsi üçün müraciət daxil olub. Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasetmə qüvvələri çağırış ünvanına gələrək vətəndaşa müvafiq köməklik göstərib.
Qusar rayonunda "DAF" markalı yük avtomobilinin qoşqusunda ümumi çəkisi 22 ton olan xurma yığılan 200 ədəd plastik tara yanıb. Məhsulun qalan hissəsi və avtomobil yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;
Quba rayonunun Qələdüz kəndində ümumi sahəsi 60 m² olan birmərtəbəli evin yanar konstruksiyaları 15 m² sahədə və dam örtüyü 30 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;
Bakı şəhərinin Binəqədi rayonunda ümumi sahəsi 50 m² olan birmərtəbəli evin yanar konstruksiyaları 30 m² sahədə və 1 otağının tavanı 20 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;
Şəmkir rayonunun Kür qəsəbəsində "КамАЗ" markalı yük avtomobilinin banında ümumi çəkisi 12 ton olan xurma yığılan 100 ədəd taxta tara yanıb. Məhsulun qalan hissəsi və yük avtomobili yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;
Cəlilabad rayonunun Göytəpə şəhərində ümumi sahəsi 54 m² olan birmərtəbəli evin yanar konstruksiyaları yanıb. Bitişik köməkçi tikili yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;
Bərdə rayonunun Mollagüllər kəndində həyətyanı sahədə 18 ton ot bağlamasının 8 tonu yanıb. Ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.