Geri

28 oktyabr 2020-ci il saat 09:00-dək:

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Səbail rayonunda üçmərtəbəli yaşayış binasının damında köməksiz vəziyyətdə qalan 1 nəfərin aşağı düşürülməsi üçün müraciət daxil olub. Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasetmə qüvvələri çağırış ünvanına gələrək vətəndaşa müvafiq köməklik göstərib.

Geri

28 oktyabr 2020-ci il saat 08:45-dək:

Qusar rayonunda "DAF" markalı yük avtomobilinin qoşqusunda ümumi çəkisi 22 ton olan xurma yığılan 200 ədəd plastik tara yanıb. Məhsulun qalan hissəsi və avtomobil yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Quba rayonunun Qələdüz kəndində ümumi sahəsi 60 m² olan birmərtəbəli evin yanar konstruksiyaları 15 m² sahədə və dam örtüyü 30 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Bakı şəhərinin Binəqədi rayonunda ümumi sahəsi 50 m² olan birmərtəbəli evin yanar konstruksiyaları 30 m² sahədə və 1 otağının tavanı 20 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Şəmkir rayonunun Kür qəsəbəsində "КамАЗ" markalı yük avtomobilinin banında ümumi çəkisi 12 ton olan xurma yığılan 100 ədəd taxta tara yanıb. Məhsulun qalan hissəsi və yük avtomobili yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Cəlilabad rayonunun Göytəpə şəhərində ümumi sahəsi 54 m² olan birmərtəbəli evin yanar konstruksiyaları yanıb. Bitişik köməkçi tikili yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Bərdə rayonunun Mollagüllər kəndində həyətyanı sahədə 18 ton ot bağlamasının 8 tonu yanıb. Ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.