Geri

27 oktyabr 2020-ci il saat 20:45-dək:

Cəlilabad rayonunun Uzuntəpə kəndində ümumi sahəsi 120 m² olan talvarın yanar konstruksiyaları və altına yığılan 15 ton ot bağlamasının 10 tonu yanıb. Ot bağlamalarının qalan hissəsi və bitişik tövlə yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Astara rayonunda ikimərtəbəli yaşayış binasının ikinci mərtəbəsində ümumi sahəsi 30 m² olan mənzilin yanar konstruksiyaları yanıb. Yanğın zamanı tüstülənmiş mənzillərdən 10 nəfər yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub. Bina yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Salyan rayonunun Beştalı kəndində ümumi sahəsi 100 m² olan birmərtəbəli evin dam örtüyünün yanar konstruksiyaları yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

27 oktyabr 2020-ci il saat 13:45-dək:

Masallı rayonunun Qızılağac kəndində həyətyanı sahədə yığılan 12 ton ot bağlamasının 5 tonu yanıb. Ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

27 oktyabr 2020-ci il saat 00:45-dək:

Abşeron rayonunda ümumi sahəsi 160 m² olan ikimərtəbəli köməkçi tikilinin (1-ci mərtəbəsi qaraj kimi istifadə olunur) birinci mərtəbəsinin lambirindən ibarət tavanı 15 m² sahədə və içərisində dayanan “Mercedes” markalı minik avtomobilinin mühərrik hissəsi yanıb. Tikilinin, avtomobilin qalan hissəsi və digər avtomobillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Ağdaş rayonunun Qulbəndə kəndində ümumi sahəsi 84 m² olan tövlənin çardağının yanar konstruksiyaları 40 m² sahədə və çardağına yığılan 9 ton ot bağlamasının 6 tonu yanıb. Tövlənin, ot bağlamalarının qalan hissəsi və bitişik köməkçi tikili yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.