Geri

27 oktyabr 2020-ci il saat 21:00-dək:

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Şirvan şəhərində 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Çağırış ünvanına cəlb olunan Dövlət Yanğından Mühafizə Xitmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və vətəndaşı halsız vəziyyətdə aşkar edərək aidiyyəti üzrə təhvil veriblər;

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Nizami rayonunda 2 nəfər azyaşlı mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Çağırış ünvanına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri azyaşlıları xilas edib və aidiyyəti üzrə təhvil veriblər.

Geri

27 oktyabr 2020-ci il saat 20:45-dək:

Cəlilabad rayonunun Uzuntəpə kəndində ümumi sahəsi 120 m² olan talvarın yanar konstruksiyaları və altına yığılan 15 ton ot bağlamasının 10 tonu yanıb. Ot bağlamalarının qalan hissəsi və bitişik tövlə yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Astara rayonunda ikimərtəbəli yaşayış binasının ikinci mərtəbəsində ümumi sahəsi 30 m² olan mənzilin yanar konstruksiyaları yanıb. Yanğın zamanı tüstülənmiş mənzillərdən 10 nəfər yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub. Bina yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Salyan rayonunun Beştalı kəndində ümumi sahəsi 100 m² olan birmərtəbəli evin dam örtüyünün yanar konstruksiyaları yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

27 oktyabr 2020-ci il saat 13:45-dək:

Masallı rayonunun Qızılağac kəndində həyətyanı sahədə yığılan 12 ton ot bağlamasının 5 tonu yanıb. Ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

27 oktyabr 2020-ci il saat 00:45-dək:

Abşeron rayonunda ümumi sahəsi 160 m² olan ikimərtəbəli köməkçi tikilinin (1-ci mərtəbəsi qaraj kimi istifadə olunur) birinci mərtəbəsinin lambirindən ibarət tavanı 15 m² sahədə və içərisində dayanan “Mercedes” markalı minik avtomobilinin mühərrik hissəsi yanıb. Tikilinin, avtomobilin qalan hissəsi və digər avtomobillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Ağdaş rayonunun Qulbəndə kəndində ümumi sahəsi 84 m² olan tövlənin çardağının yanar konstruksiyaları 40 m² sahədə və çardağına yığılan 9 ton ot bağlamasının 6 tonu yanıb. Tövlənin, ot bağlamalarının qalan hissəsi və bitişik köməkçi tikili yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.