Geri

26 oktyabr 2020-ci il saat 20:00-dək:

Biləsuvar rayonunun Yuxarı Ağalıkənd kəndində " ГАЗел" markalı yük avtomobilinin mühərrik hissəsi və salonu qismən yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

26 oktyabr 2020-ci il saat 09:00-dək:

Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Nizami rayonu üzrə liftdə köməksiz vəziyyətdə qalma ilə bağlı 1 müraciət daxil olub. Dərhal çağırış ünvanına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən 1 nəfərin liftdən çıxarılması təmin edilib;

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Nərimanov rayonunda 2 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Çağırış ünvanına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən vətəndaşlara köməklik göstərilib.
Geri

26 oktyabr 2020-ci il saat 08:00-dək:

Şəmkir rayonunun Zəyəm Cırdaxan kəndində ümumi sahəsi 40 m² olan köməkçi tikilinin yanar konstruksiyaları və içərisində olan əşyalar yanıb. Yaxınlıqdakı tikililər  yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Bərdə rayonunun Soğanverdilər kəndində həyətyanı sahəyə yığılan 30 ton ot bağlamasının 10 tonu yanıb. Ot bağlamalarının qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

İsmayıllı rayonunun Gəndov kəndində ümumi sahəsi 42 m² olan tövlənin dam örtüyünün yanar konstruksiyaları, damına yığılan 1 ton ot bağlaması və taxta material 2 m³ yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.