Bakı şəhərinin Nizami rayonunda beşmərtəbəli yaşayış binasının üçüncü mərtəbəsində ümumi sahəsi 60 m² olan mənzildə ev əşyaları 15 m² sahədə yanıb. Yüksək temperaturdan eyvanın lambirindən ibarət tavanı 10 m² sahədə əriyib. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;
Bakı şəhərinin Nərimanov rayonunda çoxmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində ümumi sahəsi 140 m² olan mənzildə bir ədəd çarpayı və yataq dəsti yanıb. Mənzil yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Şamaxı rayonunda “Ford” markalı mikroavtobusun mühərrik hissəsi və salonu qismən yanıb. Mikroavtobusun qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsində açıq sahədə yanğın olması barədə məlumat daxil olub. Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğın baş verdiyi əraziyə cəlb olunub. İlkin məlumata görə, 800 m² sahədə qamışlıq yanır. Hazırda yanğınsöndürmə işləri davam etdirilir.
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Nizami rayonunda 3 nəfər azyaşlı mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Çağırış ünvanına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri azyaşlıları xilas edib və aidiyyəti üzrə təhvil veriblər.
Tovuz rayonunun Qovlar şəhərində ümumi sahəsi 250 m² olan köməkçi tikilinin dam örtüyünün yanar konstruksiyaları 150 m² sahədə, içərisinə yığılan 20 ton ot bağlamasının 7 tonu və yaxınlıqda dayanan " ГАЗел" markalı yük avtomobilinin kabinə hissəsi qismən yanıb. Tikilinin, ot bağlamalarının və avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Abşeron rayonunun Masazır qəsəbəsində 1 nəfər çoxmərtəbəli yaşayış binasının damına çıxaraq intihar etmək istəyini nümayiş etdirib. Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub. Vətəndaşla aparılan psixoloji söhbətlər nəticəsində o, özünə qəsd etmək fikrindən daşınıb.