Geri

01 oktyabr 2020-ci il saat 16:00-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Nizami rayonunda 3 nəfər azyaşlı mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Çağırış ünvanına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri azyaşlıları xilas edib və aidiyyəti üzrə təhvil veriblər.

Geri

01 oktyabr 2020-ci il saat 08:00-dək, ilkin məlumata əsasən:

Tovuz rayonunun Qovlar şəhərində ümumi sahəsi 250 m² olan köməkçi tikilinin dam örtüyünün yanar konstruksiyaları 150 m² sahədə, içərisinə yığılan 20 ton ot bağlamasının 7 tonu və yaxınlıqda dayanan " ГАЗел" markalı yük avtomobilinin kabinə hissəsi qismən yanıb. Tikilinin, ot bağlamalarının və avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

01 oktyabr 2020-ci il saat 03:00-dək:

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Abşeron rayonunun Masazır qəsəbəsində 1 nəfər çoxmərtəbəli yaşayış binasının damına çıxaraq intihar etmək istəyini nümayiş etdirib. Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub. Vətəndaşla aparılan psixoloji söhbətlər nəticəsində o, özünə qəsd etmək fikrindən daşınıb.​