Geri

04 sentyabr 2019-cu il saat 07:30-dək:

Sumqayıt şəhərində kafenin ərazisində ümumi sahəsi 35 m² olan mətbəxin yanar konstruksiyaları və əşyaları yanıb. Ərazidə olan kotteclər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.​
Geri

04 sentyabr 2019-cu il saat 06:45-dək:

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Qaradağ rayonunda “Shacman” markalı yük avtomobili yol kənarındakı beton maneəyə çırpılıb. Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan 1 nəfəri deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.​

 

 

 

 

Geri

03 sentyabr 2019-cu il saat 23:45-dək:

Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsində üçmərtəbəli binada baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Əlavə məlumat veriləcək.​