Geri

27 sentyabr 2019-cu il saat 08:00-dək:

Bakı şəhərinin Nəsimi rayonunda "BMW" markalı minik avtomobilinin mühərrik və salon hissəsi yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Biləsuvar rayonunda 104 ton ot bağlamasının 20 tonu yanıb. Ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Qax rayonunun Marsan kəndində ümumi sahəsi 3200 m2 olan ikimərtəbəli məktəb binasının birinci mərtəbəsində yerləşən idman zalının döşəməsi 2 m² sahədə yanıb. Binanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Zaqatala rayonunun Muxax kəndində "ВАЗ" markalı minik avtomobilinin mühərrik hissəsi yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Ağdam rayonunun Mahrızlı kəndində 10 ton ot bağlamasının 3 tonu yanıb. Ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Hacıqabul rayonunun Birinci Meyniman kəndində ümumi sahəsi 100 m² olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.