Geri

26 sentyabr 2019-cu il saat 16:30-dək:

Bakı şəhərinin Nizami rayonunda ümumi sahəsi 100 m² olan birmərtəbəli üçotaqlı evin mətbəxinin yanar konstruksiyaları 20 m² sahədə və içərisindəki məişət avadanlıqları yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

26 sentyabr 2019-cu il saat 08:00-dək:

Masallı rayonunun Sərçuvar kəndində ümumi sahəsi 96 m² olan talvarın yanar konstruksiyaları 45 m² sahədə və altına yığılan 16 ton ot bağlamasının 9 tonu yanıb. Talvarın və ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Qəbələ rayonunda ümumi sahəsi 56 m² olan birmərtəbəli 2 otaqlı evin 1 otağının yanar konstruksiyaları 15 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bakı şəhərinin Nizami rayonunda ümumi sahəsi 4 m² olan gözətçi otağının yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı avtomobillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.