Geri

25 sentyabr 2019-cu il saat 16:15-dək:

Bakı şəhərinin Binəqədi rayonunda "Mercedes" markalı minik avtomobilinin mühərrik hissəsi yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

25 sentyabr 2019-cu il saat 13:45-dək:

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Nərimanov rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Çağırış ünvanına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və vətəndaşı halsız vəziyyətdə aşkar edərək aidiyyəti üzrə təhvil veriblər.

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Nərimanov rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilə daxil olaraq orada aşkarlanan 1943-cü il təvəllüdlü Haqverdiyeva Sahibə Ağasəlim qızının meyitini aidiyyəti üzrə təhvil veriblər.

Geri

25 sentyabr 2019-cu il saat 07:45-dək:

Beyləqan rayonunun Bünyadlı kəndində ümumi sahəsi 210 m² olan birmərtəbəli 6 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Cəlilabad rayonunun Üçtəpə kəndində ümumi sahəsi 144 m² olan birmərtəbəli 4 otaqlı evin mətbəxinin yanar konstruksiyaları və əşyaları 8 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Sumqayıt şəhərində "Mercedes" markalı minik avtomobilinin mühərrik hissəsi qismən yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Bakı şəhərinin Suraxanı rayonunda ümumi sahəsi 160 m² olan kürsülü, ikimərtəbəli evin döşəməsi, dam örtüyü və qapı-pəncərəsi 80 m² sahədə, yaxınlıqda yerləşən ümumi sahəsi 160 m² olan kürsülü, ikimərtəbəli evin dam örtüyünün yanar konstruksiyaları 20 m² sahədə yanıb. Hər iki evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.