Geri

05 avqust 2019-cu il saat 10:00-dək, ilkin məlumata əsasən:

Bakı şəhərinin Qaradağ rayonunda “Sədərək” ticarət mərkəzinin ərazisində ümumi sahəsi 1600 m² olan müxtəlif təyinatlı anbarın yanar konstruksiyaları və içərisində olan mallar 900 m² sahədə yanıb. Anbarın qalan hissəsi və bitişik anbarlar yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

05 avqust 2019-cu il saat 08:45-dək:

Bakı şəhərinin Xətai rayonunda çoxmərtəbəli yaşayış binasında şaxta boyunca kommunikasiya xətləri və elektrik naqilləri 42 p.m yanıb. Yanğın zamanı 5 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub. Mənzillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bərdə rayonunda ümumi sahəsi 84 m² olan ikimərtəbəli 3 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları, 2-ci mərtəbəsində bir otağın yanar konstruksiyaları 24 m² sahədə və ümumi sahəsi 16 m² olan taxta konstruksiyalardan ibarət pilləkən qəfəsinin dam örtüyü yanıb. Evin qalan hissəsi və bitişik ev yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

05 avqust 2019-cu il saat 02:45-dək:

Tərtər rayonunun Təzəkənd kəndində ümümi sahəsi 240 m² olan ikimərtəbəli tikilinin (hər mərtəbəsi 120 m², 1-ci mərtəbəsi mağaza, 2-ci mərtəbəsi çayxana kimi fəaliyyət göstərir) 2-ci mərtəbəsinin dam örtüyünün yanar konstruksiyaları və içərisində olan əşyalar 120 m² sahədə yanıb. Tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Ağdaş rayonunda 2 nəfər azyaşlı bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Çağırış ünvanına cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri azyaşlıları xilas edib və aidiyyəti üzrə təhvil veriblər.

Geri

05 avqust 2019-cu il saat 00:15-dək:

Bakı şəhərinin Qaradağ rayonunda “Sədərək” ticarət mərkəzinin ərazisində anbarlardan birində baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. Əlavə məlumat veriləcək.​