Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Binəqədi rayonu üzrə liftdə köməksiz vəziyyətdə qalma ilə bağlı 1 müraciət daxil olub. Dərhal çağırış ünvanına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən 1 nəfərin liftdən çıxarılması təmin edilib.
Bakı şəhərinin Sabunçu rayonunda ümumi sahəsi 200 m² olan taxtadan ibarət tikilinin yanar konstruksiyaları 94 m² sahədə, bitişik ümumi sahəsi 10 m² olan köməkçi tikili və yaxınlıqda ümumi sahəsi 200 m² olan ikimərtəbəli mağazanın dam örtüyünün yanar konstruksiyaları 4 m² sahədə yanıb. Tikilinin və mağazanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;
Sumqayıt şəhərində beşmərtəbəli yaşayış binasının ikinci mərtəbəsində ümumi sahəsi 50 m² olan 2 otaqlı mənzilin 1 otağının yanar konstruksiyaları 20 m² sahədə yanıb. Yanğın zamanı 10 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;
Lənkəran şəhərinin Digah kəndində ümumi sahəsi 500 m² olan tövlənin yanar konstruksiyaları 250 m² sahədə və tövlənin içərisinə yığılan 40 ton ot bağlaması yanıb. Tövlənin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.