Geri

20 avqust 2019-cu il saat 14:00-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Hirkan Milli Parkının Lənkəran rayonunun Təngivan kəndi yaxınlığında dağlıq ərazidə yanğın olması barədə məlumat daxil olub. Dərhal əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğın bölmələri cəlb edilib.

İlkin məlumata əsasən mürəkkəb relyefli dağlıq ərazidə 1,5 ha sahədə quru ot, kol-kos və seyrək ağaclıq yanır.

Yanğının söndürülməsi işlərinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğın bölmələri, Mülkü Müdafiə Qoşunlarının və Cənub Regional Mərkəzinin şəxsi heyəti, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə təsərrüfatı idarəsinin əməkdaşları və yerli sakinlər cəlb edilib. Hazırda yanğının söndürülməsi üzrə işlər davam etdirilir.

Əlavə məlumat veriləcək.

Geri

20 avqust 2019-cu il saat 13:00-dək:

Şabran rayonunda dördmərtəbəli binanın zirzəmisində taxta və məişət tullantıları 5 m² sahədə, 16 ədəd su sayğacı, birinci mərtəbəsində elektrik lövhəsində quraşdırılan 16 ədəd sayğacdan 5 ədədi yanıb. Yanğın zamanı 22 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub. 6 nəfər tüstüdən zəhərlənmə diaqnozu (ilkin yardım göstərildikdən sonra evə buraxılıblar) və 1 nəfər ayaq nahiyəsindən xəsarət ilə təcili yardım xidməti tərəfindən rayon mərkəzi xəstəxanasına aparılıb. Mənzillər və sayğacların qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.​

Geri

20 avqust 2019-cu il saat 12:15-dək:

Bakı şəhərinin Yasamal rayonunda onaltımərtəbəli yaşayış binasında şaxta boyunca elektrik naqilləri 30 p.m yanıb. Yanğın zamanı 17 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub. Mənzillər və elektrik sayğacları yanğından mühafizə olunub. Hadisə zamanı xəsarət alan olmayıb. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. ​

Geri

20 avqust 2019-cu il saat 11:15-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə, Bakı şəhərinin Yasamal rayonunda çoxmərtəbəli yaşayış binasının 13-14-cü mərtəbələr arasında elektrik kabellərində yanğın baş verməsi barədə məlumat daxil olub. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri cəlb olunub. Təhlükəsizlik tədbirləri çərçivəsində bina sakinləri təxliyyə edilib. Hazırda yanğının söndürülməsi üzrə işlər davam etdirilir. Əlavə məlumat veriləcək.

Geri

20 avqust 2019-cu il saat 09:00-dək:

Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Binəqədi, Nəsimi və Sabunçu rayonları üzrə liftdə köməksiz vəziyyətdə qalma ilə bağlı 3 müraciət daxil olub. Dərhal çağırış ünvanlarına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən 3 nəfərin liftdən çıxarılması təmin edilib.

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Binəqədi rayonunda 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Çağırış ünvanına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri vətəndaşa köməklik göstərib.

 

Geri

20 avqust 2019-cu il saat 06:45-dək:

Şəki şəhərinin Sarıca kəndində ümumi sahəsi 100 m² olan tövlənin dam örtüyünün yanar konstruksiyaları və damına yığılan 8 ton ot bağlamasının 5 tonu yanıb. Ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Balakən rayonunda ümumi sahəsi 150 m² olan mağazada 40 m² sahədə ərzaq malları qismən yanıb, lambirindən ibarət tavanı 80 m² sahədə əriyib. Mağazanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Bakı şəhərinin Binəqədi rayonunda çoxmərtəbəli yaşayış binasının birinci mərtəbəsində yerləşən mağazanın tavan hissəsində 1 p.m elektrik naqilləri yanıb. Mağaza yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.​

Geri

20 avqust 2019-cu il saat 06:30-dək:

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Quba rayonunda dağlıq ərazidə 1 nəfər köməksiz vəziyyətdə qalıb. Dərhal Şimal Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Xilasedicilər vətəndaşı təhlükəsiz əraziyə endirərək aidiyyəti üzrə təhvil veriblər.

Geri

20 avqust 2019-cu il saat 03:00-dək:

Abşeron rayonunun Ceyranbatan qəsəbəsində ümumi sahəsi 100 m² olan birmərtəbəli 4 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Yardımlı rayonunun Ostayır kəndi ərazisində 1 ha sahədə meşə zolağı, 5 ha sahədə quru ot və kol-kos yanıb. Meşə zolağının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri, meşə təsərrüfatı işçiləri və kənd əhalisi tərəfindən söndürülüb;

Bakı şəhərinin Nizami rayonunda tikintisi başa çatmayan binanın altıncı mərtəbəsində taxta qəliblər 10 m² sahədə yanıb. Tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Siyəzən rayonunda ümumi sahəsi 289 m² olan birmərtəbəli 7 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları 60 m² sahədə və 2 otağının yanar konstruksiyaları 40 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Lənkəran şəhəri, Göyşaban kəndində ümumi sahəsi 32 m² olan tövlənin dam örtüyünün yanar konstruksiyaları 10 m² sahədə və damına yığılan 4 ton ot bağlamasının 1 tonu yanıb. Ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.​