Şəki şəhərinin Qumux kəndində ümumi sahəsi 60 m² olan tövlənin yanar konstruksiyaları və içərisinə yığılan 6 ton ot bağlaması yanıb. Bitişik tikili yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Oğuz rayonunun Dəymədərə kəndində ümumi sahəsi 36 m² olan tövlənin yanar konstruksiyaları və çardağına yığılan 6,7 ton ot bağlaması, bitişik, ümumi sahəsi 27 m² olan talvarın yanar konstruksiyaları və altına yığılan 2 ton buğda yanıb. Yaxınlıqdakı tikililər, avtomobil və 2 ton buğda yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Qusar rayonunun Urva kəndində həyətyanı sahəyə yığılan 11 ton ot bağlamasının 9 tonu yanıb. Ot bağlamalarının qalan hissəsi və yaxınlıqdakı ev yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Bakı şəhərinin Xətai rayonunda, ümumi sahəsi 150 m² olan birmərtəbəli mağazanın dam örtüyünün taxta atmaları 0,5 m² sahədə, xarici divarına quraşdırılan elektrik lövhəsində 6 ədəd qoruyucu açar və 15 p.m kabel yanıb. Mağazanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Gəncə şəhərinin Nizami rayonunda " ВАЗ" markalı minik avtomobilinin yanar hissələri yanıb. Yaxınlıqadakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Bakı şəhərinin Qaradağ rayonunda ümumi sahəsi 50 m² olan birmərtəbəli 3 otaqlı taxtadan ibarət evin yanar konstruksiyaları 20 m² sahədə və dam örtüyü 25 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Şabran rayonunun Ağalıq kəndində ümumi sahəsi 20 m² olan tövlənin yanar konstruksiyalari və içərisinə yığılan 3 ton ot bağlaması yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.