Bakı şəhərinin Binəqədi rayonunda hər mərtəbəsi 120 m² olan mansarda tipli evin birinci mərtəbəsində ümumi sahəsi 70 m² olan qarajın içərisində 10 m² sahəyə yığılan 15 top parça yanıb. Ev və parçaların qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Bu gün Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən Mərdəkan və Buzovna sularda xilasetmə məntəqələrinin ərazisində çimərkən batma təhlükəsi ilə üzləşən 3 nəfər xilas olunub;
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Yasamal rayonunda 1 nəfər azyaşlı bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Çağırış ünvanına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri azyaşlıya köməklik göstərib;
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Sumqayıt şəhərində 1 nəfər azyaşlı bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Çağırış ünvanına cəlb olunan Sumqayıt Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri azyaşlıya köməklik göstərib.
Cəlilabad rayonunda ümumi sahəsi 690 m² olan ikimərtəbəli yaşayış binasının dam örtüyünün yanar konstruksiyaları 5 m² sahədə, ikinci mərtəbəsində ümumi sahəsi 78 m² olan 2 otaqlı mənzilin mətbəxinin yanar konstruksiyaları 15 m² sahədə və 1 otağının tavanı 17 m² sahədə yanıb. Binanın və mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Gəncə şəhərinin Nizami rayonunda "Mercedes" markalı yük avtomobilinin 2 ədəd təkəri yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Tərtər rayonunun Hüsənli kəndində həyətyanı sahədə 14 ton ot bağlamasının 8 tonu və hasara quraşdırılan 1 ədəd elektrik sayğacı yanıb. Ot bağlamalarının qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Masallı rayonunun Mahmudavar kəndində ümumi sahəsi 150 m² olan tövlənin dam örtüyünün yanar konstruksiyaları 40 m² sahədə və damına yığılan 4 ton ot bağlamasının 2 tonu yanıb. Tövlənin və ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Salyan rayonunun Cəngan kəndində həyətyanı ərazidə ümumi sahəsi 66 m² olan talvarın yanar konstruksiyaları 40 m² sahədə və altına yığılan 9 ton ot bağlamasının 5 tonu yanıb. Talvarın və ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Xətai rayonunda 1 nəfər azyaşlı bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Çağırış ünvanına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri azyaşlıya köməklik göstərib;
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Nərimanov rayonunda 1 nəfər liftdə köməksiz vəziyyətdə qalıb. Çağırış ünvanına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri vətəndaşın liftdən çıxmasına kömək ediblər.
Bakı şəhərinin Yasamal rayonunda çoxmərtəbəli yaşayış binasının 3-cü və 4-cü mərtəbələri arasında 0,5 m2 sahədə alkopandan ibarət üzlük yanıb. Bina yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Nizami rayonunda 2 nəfərin avtomobil yolunun üzərində quraşdırılmış dəmir konstruksiyanın üzərinə çıxaraq intihar etmək istəyini nümayiş etdirib. Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub. Vətəndaşlarla aparılan psixoloji söhbətlər nəticəsində onlar, özünə qəsd etmək fikrindən daşınıb.
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə, Bakı şəhərinin Nizami rayonunda 2 nəfərin avtomobil yolunun üzərində quraşdırılmış dəmir konstruksiyanın üzərinə çıxaraq intihara cəhd etməsi barədə məlumat daxil olub. Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub.
Hazırda xilasedicilər tərəfindən intihara cəhdin qarşısının alınması üçün zəruri tədbirlər davam etdirilir.
Əlavə məlumat veriləcək.
28.07.2019-cu il tarixində Bakı şəhərinin Sabunçu rayonunda, dənizdə, qeyri-çimərlik (nəzarətsiz) ərazidə batan 1991-ci il təvəllüdlü Əzizov Murad Teymur oğlunun və 1991-ci il təvəllüdlü Hacıquliyev Kamran Ağəli oğlunun axtarışları başa çatıb. M.Əzizovun və K.Hacıquliyevin meyitləri Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Sabunçu rayonunda və Abşeron rayonunun Xırdalan şəhərində ayrı-ayrı ünvanlarda 2 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Çağırış ünvanlarına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri vətəndaşlara müvafiq köməklik göstərib;
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Suraxanı rayonunda 2 nəfər liftdə köməksiz vəziyyətdə qalıb. Çağırış ünvanına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri vətəndaşların liftdən çıxmasına kömək ediblər.
Ağdaş rayonunun Qolqəti kəndində ümumi sahəsi 99 m² olan birmərtəbəli evin mətbəxinin tavanı 2 m² sahədə və döşəməsi 2 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Ucar rayonunun Qaradağlı kəndində həyətyanı sahədə 10 ton ot bağlamasının 3 tonu yanıb. Ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;
Bərdə rayonunun Alaçadırlı kəndində ümumi sahəsi 121 m² olan talvarın taxta atmaları 50 m² sahədə və altına, ətrafına yığılan 10 m³ taxta materialı yanıb. Talvarın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.