Geri

29 iyul 2019-cu il saat 18:45-dək:

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə, Ağdaş rayonunun Dəhnəxəlil kəndində 1 nəfərin su kanalında batması barədə məlumat daxil olub. Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub. Əlavə məlumat veriləcək.

Geri

29 iyul 2019-cu il saat 15:30-dək:

Sabirabad rayonunun Sarxanbəyli kəndində ümumi sahəsi 24 m² olan tövlənin dam örtüyünün yanar konstruksiyaları 10 m² sahədə və içərisinə yığılan 3 ton ot bağlamasının 1 tonu yanıb. Ot bağlamalarının və tövlənin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

29 iyul 2019-cu il saat 15:00-dək:

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Sabunçu rayonunda 1 nəfər liftdə köməksiz vəziyyətdə qalıb. Çağırış ünvanına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri vətəndaşın liftdən çıxmasına kömək ediblər.

Geri

29 iyul 2019-cu il saat 13:30-dək:

Bakı şəhərinin Qaradağ rayonunda "Mercedes" markalı mikroavtobusun mühərrik hissəsində elektrik avadanlıqları yanıb. Mikroavtobusun qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Ağstafa rayonunun Göycəli kəndində ümumi sahəsi 120 m² olan kürsülü, birmərtəbəli 5 otaqlı evin yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

29 iyul 2019-cu il saat 11:30-dək:

28.07.2019-cu il tarixində Abşeron rayonunda, dənizdə, qeyri-çimərlik (nəzarətsiz) ərazidə batan 2007-ci il təvəllüdlü İbadullayev Elman Telman oğlunun axtarışları başa çatıb. E.İbadullayevin meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Geri

29 iyul 2019-cu il saat 02:00-dək:

Masallı rayonunun Bala Təklə kəndində ümumi sahəsi 70 m² olan tövlənin yanar konstruksiyaları 50 m² sahədə və damına yığılan 8 ton ot bağlamasının 4 tonu yanıb. Tövlənin və ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Bakı şəhərinin Sabunçu rayonunda ümumi sahəsi 40 m² olan birmərtəbəli 2 otaqlı evin yanar konstruksiyaları 25 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.