Geri

05 may 2019-cu il saat 18:00-dək:

Şəki şəhərinin Cuma kəndində ümumi sahəsi 40 m² olan tövlənin çardağı 10 m² sahədə və içərisinə yığılan 580 kiloqram ot bağlamasının 80 kiloqramı yanıb. Tövlənin və ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Geri

05 may 2019-cu il saat 16:00-dək:

Şirvan şəhərində inzibati binanın həyətyanı ərazisində 20 m² sahədə plastik tara və borular yanıb. Yaxınlıqdakı tikili yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Geri

05 may 2019-cu il saat 09:00-dək:

Bakı şəhərinin Nərimanov rayonunda ümumi sahəsi 40 m² olan tikilidə 1 ədəd soyuducu, 1 ədəd elektrik qızdırıcısı və ev əşyaları 5 m² sahədə yanıb. Tikili yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Bakı şəhərinin Sabunçu rayonunda ümumi sahəsi 108 m² olan birmərtəbəli 4 otaqlı evin 1 otağının yanar konstruksiyaları 25 m² sahədə, içərisində 1 ədəd kondisioner, digər otaqların taxtadan ibarət qapıları və bitişik ümumi sahəsi 12 m² olan talvarın yanar konstruksiyaları yanıb. Yüksək temperaturdan digər otaqlar və dəhliz 65 m² sahədə qarsalanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Bərdə rayonunun Əliyanlı kəndində ümumi sahəsi 60 m² olan köməkçi tikilinin dam örtüyünün yanar konstruksiyaları 30 m² sahədə yanıb. Tikilinin qalan hissəsi və yaxınlıqdakı ev yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Gəncə şəhərinin Nizami rayonunda beşmərtəbəli yaşayış binasının zirzəmisində 6 m² sahədə məişət tullantıları yanıb. Yanğın zamanı 6 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub. Mənzillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

05 may 2019-cu il saat 08:00-dək:

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Mingəçevir şəhərində 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Çağırış ünvanına cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri vətəndaşa köməklik göstərib.