Geri

04 may 2019-cu il saat 15:00-dək:

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Nizami rayonunda 1 nəfər azyaşlı bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Çağırış ünvanına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri azyaşlını xilas edib və aidiyyəti üzrə təhvil veriblər.
Geri

04 may 2019-cu il saat 11:30-dək:

Bakı şəhərinin Xəzər rayonunda ümumi sahəsi 300 m² olan ikimərtəbəli 8 otaqlı evin ikinci mərtəbəsində 3 otağın yanar konstruksiyaları 60 m² sahədə və dam örtüyü 150 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

04 may 2019-cu il saat 09:00-dək:

Bakı şəhərinin Sabunçu rayonunda ümumi sahəsi 40 m² olan dəmir konstruksiyalardan ibarət köşk yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

İmişli rayonunun Qaradonlu kəndində ümumi sahəsi 90 m² olan birmərtəbəli evin dam örtüyünün yanar konstruksiyaları və qamışdan ibarət tavanı 50 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Göyçay rayonunda "CAT-324D L" markalı traktorun yanar hissələri yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.