Bərdə rayonunun Lənbəran kəndində 7,5 ton ot bağlamasının 2,5 tonu, qamışdan ibarət çəpər 40 p.m, hasarda quraşdırlan elektrik sayğacı və 30 p.m kabel yanıb. Ot bağlamalarının qalan hissəsi və yaxınlıqdakı ev yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
İmişli rayonunun Nurulu kəndində "MTZ-80" markalı traktorun qoşqusuna yığılan 2 ton ot bağlaması yanıb. Traktor və qoşqu yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;
Abşeron rayonunda "Mercedes" markalı minik avtomobilinin mühərrik hissəsində elektrik naqilləri yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;
Şəmkir rayonunun Dəllər Cəyir kəndində ümumi sahəsi 394 m² olan birmərtəbəli 6 otaqlı evin 3 otağının tavanı 45 m² sahədə və dam örtüyünun yanar konstruksiyaları 30 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.
Biləsuvar rayonunun Səmədabad kəndində 2,2 ton ot bağlamasının 1,5 tonu yanıb. Ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;
Füzuli rayonunun Böyük Bəhmənli kəndində ümumi sahəsi 48 m² olan tövlənin yanar konstruksiyaları yanıb. Bitişik ev yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;
Qobustan rayonunda "Mercedes" markalı minik avtomobilinin mühərrik hissəsində elektrik naqilləri yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;
Kürdəmir rayonunun Yenikənd kəndində 700 m² sahədə biçilməmiş və 100 m² sahədə biçilmiş taxıl sahəsi yanıb. Digər əkin sahələri yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Binəqədi və Yasamal rayonlarında ayrı-ayrı ünvanlarda biri azyaşlı olmaqla 2 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Çağırış ünvanlarına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri vətəndaşlara köməklik göstərib.