Geri

03 may 2019-cu il saat 15:00-dək:

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Binəqədi rayonunda 1 nəfər liftdə köməksiz vəziyyətdə qalıb. Çağırış ünvanına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri vətəndaşın liftdən çıxmasına kömək ediblər.

Geri

03 may 2019-cu il saat 13:45-dək:

Tərtər rayonunun Azad Qaraqoyunlu kəndində ümumi sahəsi 80 m² olan köməkçi tikilinin bir otağının dam örtüyünün taxta atmaları 20 m² sahədə və içərisindəki əşyalar yanıb. Tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

03 may 2019-cu il saat 11:00-dək:

Bakı şəhərinin Binəqədi rayonunda ümumi sahəsi 50 m² olan taxta konstruksiyalardan ibarət tikilinin yanar konstruksiyaları və içərisində soyuducu yanıb. Yüksək temperaturdan yaxınlıqdakı mağazanın giriş qapısı və vitrin pəncərəsi sınıb. Mağaza yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

 

Geri

03 may 2019-cu il saat 09:00-dək:

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Xətai rayonunda 1 nəfər liftdə köməksiz vəziyyətdə qalıb. Çağırış ünvanına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri vətəndaşın liftdən çıxmasına kömək ediblər.​