Geri

28 may 2019-cu il saat 22:00-dək:

Ucar rayonunun Qaracallı kəndində ümumi sahəsi 60 m² olan tövlənin dam örtüyünün yanar konstruksiyaları 40 m² sahədə və içərisinə yığılan 100 kiloqram ot bağlaması yanıb. Tövlənin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

28 may 2019-cu il saat 21:00-dək:

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Nərimanov rayonunda 1 nəfər liftdə köməksiz vəziyyətdə qalıb. Çağırış ünvanına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri vətəndaşın liftdən çıxmasına kömək ediblər.

Geri

28 may 2019-cu il saat 20:30-dək:

Oğuz rayonunun Çaldaş kəndində “ZiL” markalı yük avtomobilinin yanar hissələri və banına yığılan 6 ton ot bağlaması yanıb. Yaxınlıqdakı əkin sahələri yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

28 may 2019-cu il saat 17:15-dək:

Bakı şəhərinin Xəzər rayonunda 170 m² sahədə quru ot və 30 m² sahəyə yığılan 5 m³ taxta material yanıb, yüksək temperaturdan plastikdən ibarət su çəni əriyib. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Şəmkir rayonunun Muxtariyyat kəndində ümumi sahəsi 50 m² olan yardımçı tikilinin yanar konstruksiyaları yanıb. Bitişik ev yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Cəlilabad rayonunda ümumi sahəsi 161 m² olan talvarın yanar konstruksiyaları, altında dayanan “Porsche” markalı minik avtomobilinin yanar hissələri və ümumi sahəsi 504 m² olan ikimərtəbəli evin ikinci mərtəbəsində 1 otağın tavanı 28 m² sahədə yanıb. Yüksək temperaturdan otağın qapı və pəncərə çərçivəsi, aynabəndin tavanı 38 m² sahədə qarsalanıb. Evin qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

28 may 2019-cu il saat 09:00-dək:

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Sumqayıt şəhərində 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Hadisə yerinə cəlb olunan Sumqayıt Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1990-cı il təvəllüdlü Həşimov Muxtar Oktay oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər.

Geri

28 may 2019-cu il saat 01:00-dək:

Tovuz rayonunda "Mercedes" markalı minik avtomobilinin yanar hissələri yanıb. Yaxınlıqdakı avtomobillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.