Geri

20 may 2019-cu il saat 09:00-dək:

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Gəncə şəhərinin Kəpəz rayonunda 1 nəfər azyaşlı bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Çağırış ünvanına cəlb olunan Gəncə Regional Mərkəzinin xilasetmə qüvvələri azyaşlını xilas edib və aidiyyəti üzrə təhvil veriblər;

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Xətai rayonunda 1 nəfər liftdə köməksiz vəziyyətdə qalıb. Çağırış ünvanına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri vətəndaşın liftdən çıxmasına kömək ediblər;

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olan məlumata əsasən, Zaqatala rayonunda fərdi yaşayış evinin həyətyanı sahəsi intensiv yağan yağışlar səbəbindən su ilə dolub, nəticədə ikisi azyaşlı olmaqla 4 nəfər evdə köməksiz vəziyyətdə qalıb. Çağırış ünvanına cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri vətəndaşları təhlükəsiz əraziyə təxliyə ediblər.

Geri

20 may 2019-cu il saat 08:30-dək:

Bakı şəhərinin Binəqədi rayonunda ümumi sahəsi 20 m² olan külafirənginin yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı ev yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Salyan rayonunun Sarvan kəndində transformatorun yağı və ətrafında 2 m² sahədə kol-kos yanıb. Transformator yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Sumqayıt şəhərində birmərtəbəli tikilinin (karton istehsalı sexi kimi fəaliyyət göstərir) içərisində karton və kağız tullantıları 500 m² sahədə yanıb. Tikili yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.