Geri

19 may 2019-cu il saat 21:00-dək:

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Nərimanov rayonunda biri azyaşlı olmaqla 2 nəfər liftdə köməksiz vəziyyətdə qalıb. Çağırış ünvanına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri vətəndaşların liftdən çıxmasına kömək ediblər.

Geri

19 may 2019-cu il saat 20:00-dək:

Biləsuvar rayonunun Nəsimi kəndində 3,5 ton ot bağlamasının 2,5 tonu və 8 ha sahədə kol-kos yanıb. Ot bağlamasının qalan hissəsi və yaxınlıqdakı pambıq sahələri yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

19 may 2019-cu il saat 19:00-dək:

Kürdəmir rayonunun Sığırlı kəndində ümumi sahəsi 80 m² olan yardımçı tikilinin dam örtüyünün yanar konstruksiyaları 30 m² sahədə və damına yığılan 6 ton ot bağlamasının 3 tonu yanıb. Tikilinin və ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

19 may 2019-cu il saat 17:00-dək:

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olan məlumata əsasən, Xaçmaz rayonunda 1 nəfər azyaşlının barmağında dəmir halqa sıxılaraq qalıb. Çağırış ünvanına cəlb olunan Şimal Regional Mərkəzinin xilasetmə qüvvələri halqanın müvafiq qaydada çıxarılmasını təmin ediblər.

Geri

19 may 2019-cu il saat 15:00-dək:

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Binəqədi rayonunda 1 nəfər liftdə köməksiz vəziyyətdə qalıb. Çağırış ünvanına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri vətəndaşın liftdən çıxmasına kömək ediblər.

Geri

19 may 2019-cu il saat 09:00-dək:

Bakı şəhərinin Xəzər rayonunda hər mərtəbəsi 3400 m² olan üçmərtəbəli tikilinin (ticarət mərkəzi kimi fəaliyyət göstərir) zirzəmisində rəflərə yığılan parça materiallar 100 m² sahədə yanıb. Tikili yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Abşeron rayonunun Novxanı kəndində "Land Rover" markalı minik avtomobilinin yanar hissələri və ümumi sahəsi 10 m² olan talvarın taxta atmaları yanıb. Yanğın zamanı yanğınsöndürən və xilasedicilər tərəfindən ikimərtəbəli evin 2-ci mərtəbəsindən 5 nəfər təhlükəsiz əraziyə təxliyə olunub. Ev yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.