Geri

18 may 2019-cu il saat 20:00-dək:

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində üçmərtəbəli ticarət mərkəzinin zirzəmisində yanğın baş verməsi barədə məlumat daxil olub. Dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış ünvanına cəlb olunub. Hazırda binada tüstülənmə müşahidə edilir (açıq alov yoxdur). Binada olan insanlar təxliyə edilib. Yanğınsöndürmə və digər təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi işləri davam etdirilir.

Geri

18 may 2019-cu il saat 17:30-dək:

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Nizami rayonunda elektrik cərəyanı vurması nəticəsində xəsarət alan 1 nəfərin tikilinin damından düşürülməsi üçün müraciət daxil olub. Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasetmə qrupu çağırış ünvanına gələrək vətəndaşa müvafiq köməklik göstərib.
Geri

18 may 2019-cu il saat 14:00-dək:

Yevlax şəhərində ümumi sahəsi 24 m² olan köməkçi tikilinin çardağının taxta atmaları 15 m² sahədə yanıb, qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

18 may 2019-cu il saat 09:00-dək:

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Nizami rayonunda çarpayıdan yıxılan ağırçəkili qadına müvafiq köməkliyin göstərilməsi üçün müraciət daxil olub. Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasetmə qrupu çağırış ünvanına gələrək vətəndaşa müvafiq köməklik göstərib;
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Binəqədi və Xətai rayonlarında ayrı-ayrı ünvanlarda ikisi azyaşlı olmaqla 4 nəfər liftdə köməksiz vəziyyətdə qalıb. Çağırış ünvanlarına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri vətəndaşların liftdən çıxmasına kömək ediblər.
Geri

18 may 2019-cu il saat 02:00-dək:

Qazax rayonu, Kəmərli kəndində ”QAZ" markalı minik avtomobilinin yanar hissələri yanıb. Yaxınlıqdakı elektrik dirəyi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Geri

18 may 2019-cu il saat 01:00-dək:

Bərdə rayonu, Şatırlı kəndində ümumi sahəsi 35 m² olan birmərtəbəli evin yanar konstruksiyaları və ev əşyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.