Geri

17 may 2019-cu il saat 08:15-dək:

Bakı şəhərinin Qaradağ rayonunda “Hyundai” markalı minik avtomobilinin mühərrik hissəsi yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Bərdə rayonunun Kələntərli kəndində 18 ton ot bağlamasının 6 tonu yanıb, qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.