Geri

15 may 2019-cu il saat 03:00-dək:

Lənkəran şəhərinin Sütəmurdov kəndində ümumi sahəsi 500 m² olan talvarın altına yığılan boş kağız qutular 400 m² sahədə yanıb. Talvar və qutuların qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Bakı şəhərinin Sabunçu rayonunda "Toyota" markalı  minik avtomobilinin yanar hissələri yanıb. Yaxınlıqdakı digər avtomobillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.