Geri

30 aprel 2019-cu il saat 16:30-dək:

Ağcabədi rayonunun Böyük Kəhrizli kəndində "Mercedes" markalı minik avtomobilinin yanar hissələri yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Füzuli rayonunun 5 saylı Qayıdış qəsəbəsində ümumi sahəsi 60 m² olan tövlənin dam örtüyünün yanar konstruksiyaları 40 m² sahədə yanıb. Tövlənin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

30 aprel 2019-cu il saat 14:45-dək:

Ağcabədi rayonunun Qaravəlli kəndində ümumi sahəsi 200 m² olan tövlənin dam örtüyünün yanar konstruksiyaları və qamışdan ibarət çəpər 80 p.m yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Geri

30 aprel 2019-cu il saat 10:00-dək:

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bərdə rayonunda 1 nəfər liftdə köməksiz vəziyyətdə qalıb. Çağırış ünvanına cəlb olunan Qarabağ Regional Mərkəzinin xilasetmə qüvvələri vətəndaşın liftdən çıxmasına kömək ediblər.

Geri

30 aprel 2019-cu il saat 09:00-dək:

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Binəqədi, Xətai və Nərimanov rayonlarında ayrı-ayrı ünvanlarda 5 nəfər liftdə köməksiz vəziyyətdə qalıb. Çağırış ünvanlarına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri vətəndaşların liftdən çıxmasına kömək ediblər.

Geri

30 aprel 2019-cu il saat 07:00-dək:

Şəmkir rayonunun Çinarlı qəsəbəsində ümumi sahəsi 15 m² olan taxta konstruksiyalardan ibarət köməkçi tikili yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

İsmayıllı rayonunun Qurbanəfəndi kəndində ümumi sahəsi 60 m² olan tövlənin yanar konstruksiyaları və damına yığılan 1 ton ot bağlaması, bitişik ümumi sahəsi 90 m² olan tövlənin yanar konstruksiyaları və damına yığılan 3 ton ot bağlaması yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Goranboy rayonunun Dəliməmmədli şəhərində “Azərbaycan Dəmir Yolları” QSC-yə məxsus elektrovozun mühərrik hissəsində elektrik avadanlıqları yanıb. Elektrovozun qalan hissəsi yanğından mühafizə olunub Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

 

Geri

30 aprel 2019-cu il saat 06:00-dək:

Ağstafa rayonunun Muğanlı kəndində ümumi sahəsi 130 m² olan birmərtəbəli 3 otaqlı  evin 1 otağının yanar konstruksiyaları 50 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.