Geri

17 aprel 2019-cu il saat 08:30-dək:

Bakı şəhərinin Yasamal rayonunda çoxmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsinin pilləkən qəfəsində quraşdırılan 30 ədəd elektrik sayğacı və 10 p.m kabel yanıb. Yanğın zamanı 20 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub. Mənzillər və digər elektrik sayğacları yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Bakı şəhərinin Nizami rayonunda beşmərtəbəli yaşayış binasının ikinci mərtəbəsində ümumi sahəsi 60 m² olan 3 otaqlı mənzilin 1 otağının yanar konstruksiyaları 15 m² sahədə yanıb. Yanğının kəşfiyyatı zamanı 1949-cu il təvəllüdlü İbrahimova Validə Nəsir qızının meyiti yanğınsöndürənlər tərəfindən aşkar olunub. Evin qalan hissəsi və qonşu mənzillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Geri

17 aprel 2019-cu il saat 07:00-dək:

Yardımlı rayonunda ümumi sahəsi 120 m² olan birmərtəbəli 3 otaqlı evin 1 otağının tavanı 5 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

17 aprel 2019-cu il saat 06:45-dək:

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Suraxanı rayonunda 3 nəfər liftdə köməksiz vəziyyətdə qalıb. Çağırış ünvanına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri vətəndaşların liftdən çıxmasına kömək ediblər. Əməliyyat başa çatıb.