Geri

01 aprel 2019-cu il saat 17:00-dək:

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Abşeron rayonunun Xırdalan şəhərində 2 nəfər giriş qapısının kilidinin sınması nəticəsində mənzildə köməksiz vəziyyətdə qalıb. Çağırış ünvanına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri qapının açılmasını təmin ediblər. Əməliyyat başa çatıb.

Geri

01 aprel 2019-cu il saat 11:15-dək:

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Sabunçu rayonunda ağırçəkili 1 nəfərin mənzildən çıxarılaraq təcili yardım briqadasına təhvil verilməsi barədə müraciət daxil olub. Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasetmə qüvvələri tərəfindən vətəndaşa müvafiq köməklik göstərilib. Əməliyyat başa çatıb.

Geri

01 aprel 2019-cu il saat 11:00-dək:

Zaqatala rayonunun Car kəndində ümumi sahəsi 66 m² olan kotecin tavanı 20 m² sahədə yanıb. Kotecin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

01 aprel 2019-cu il saat 06:30-dək:

Ağdaş rayonunun İkinci Aral kəndində ümumi sahəsi 20 m² olan köməkçi tikilinin yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

01 aprel 2019-cu il saat 01:00-dək:

Tovuz rayonunun Aşağı Öysüzlü kəndində ümumi sahəsi 40 m² olan birmərtəbəli fərdi yaşayış evində partlayış baş verib. Yanğın hadisəsi olmayıb. Partlayış zamanı evdə sahəsi 20 m² olan bir otaq və bitişik talvar uçub. Hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri 2 nəfəri dağıntılar altından çıxararaq aidiyyəti üzrə təhvil veriblər. İlkin ehtimala görə, partlayışa qaz sızması səbəb olub.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Geri

01 aprel 2019-cu il saat 00:00-dək:

Sabirabad rayonunda birmərtəbəli tikilinin ümumi sahəsi 70 m² olan bir otağında 5 m² sahədə yerə səpilmiş saman yanıb. Tikili yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.