Geri

01 aprel 2019-cu il saat 11:00-dək:

Zaqatala rayonunun Car kəndində ümumi sahəsi 66 m² olan kotecin tavanı 20 m² sahədə yanıb. Kotecin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

01 aprel 2019-cu il saat 06:30-dək:

Ağdaş rayonunun İkinci Aral kəndində ümumi sahəsi 20 m² olan köməkçi tikilinin yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

01 aprel 2019-cu il saat 01:00-dək:

Tovuz rayonunun Aşağı Öysüzlü kəndində ümumi sahəsi 40 m² olan birmərtəbəli fərdi yaşayış evində partlayış baş verib. Yanğın hadisəsi olmayıb. Partlayış zamanı evdə sahəsi 20 m² olan bir otaq və bitişik talvar uçub. Hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri 2 nəfəri dağıntılar altından çıxararaq aidiyyəti üzrə təhvil veriblər. İlkin ehtimala görə, partlayışa qaz sızması səbəb olub.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Geri

01 aprel 2019-cu il saat 00:00-dək:

Sabirabad rayonunda birmərtəbəli tikilinin ümumi sahəsi 70 m² olan bir otağında 5 m² sahədə yerə səpilmiş saman yanıb. Tikili yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.