Geri

22 mart 2019-cu il saat 10:45-dək:

Goranboy rayonunda "KamAZ"  markalı yük avtomobilinin mühərrik hissəsində elektrik avadanlıqları yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

22 mart 2019-cu il saat 09:15-dək:

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Xətai rayonunda çarpayıdan yıxılan xəstə kişiyə müvafiq köməkliyin göstərilməsi üçün müraciət daxil olub. Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasetmə qrupu göstərilən ünvana gələrək vətəndaşa müvafiq köməklik göstərib. Əməliyyat başa çatıb.

Geri

22 mart 2019-cu il saat 07:00-dək:

Bakı şəhərinin Xətai rayonunda ümumi sahəsi 60 m² olan tikilinin (yağdəyişmə sexi kimi fəaliyyət göstərir) yanar konstruksiyaları 30 m² sahədə və içərisində 1 ədəd qurğu yanıb. Yüksək temperaturdan bitişik tikilinin lambirindən ibarət tavanı 10 m² sahədə əriyib. Tikilinin qalan hissəsi və bitişik tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Quba rayonunda ümumi sahəsi 180 m² olan birmərtəbəli 4 otaq və aynabəddən ibarət evin yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı ev yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Goranboy rayonunda “Mercedes” markalı yük avtomobili və "Ford" markalı minik avtomobili toqquşub, nəticədə minik avtomobilinin yanar hissələri yanıb. Yanğının kəşfiyyatı zamanı minik avtomobilində aşkarlanan 2 nəfərin (şəxsiyyətləri dəqiqləşdirilir) yanmış meyiti yanğınsöndürən-xilasedicilər tərəfindən nəqliyyat vasitəsindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Yük avtomobili yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.