Geri

01 mart 2019-cu il saat 17:00-dək:

Saatlı rayonunun Əlisoltanlı kəndində ümumi sahəsi 18 m² olan köməkçi tikilinin dam örtüyünün yanar konstruksiyaları 15 m² sahədə yanıb. Tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

01 mart 2019-cu il saat 14:00-dək:

28.02.2019-cu il tarixində Gürcüstan Respublikasının Daxili İşlər Nazirliyinin Fövqəladə Halların İdarəedilməsi Agentliyindən Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinə daxil olan məktubda Marneuli rayonunun İkinci Kosalı kənd sakini, 1952-ci il təvəllüdlü Əli Osmanovun (Gürcüstan Respublikasının vətəndaşı) 25.02.2019-cu il tarixində naməlum şəraitdə itkin düşdüyü bildirilir. Ə.Osmanova məxsus avtomobil Kür çayının yaxınlığında tapıldığı üçün Gürcüstan xilasediciləri tərəfindən çayda axtarışlar aparılır. Fövqəladə Halların İdarəedilməsi Agentliyinin müraciətinə əsasən, bu gün səhər saatlarında Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu Kür çayının Qazax rayonu ərazisindən keçən hissəsində axtarışlara cəlb olunub.

Geri

01 mart 2019-cu il saat 11:15-dək:

Qusar rayonunun Köhnə Xudat kəndində ümumi sahəsi 288 m² olan ikimərtəbəli evin 1-ci mərtəbəsinin tavanı və 2-ci mərtəbəsinin döşəməsi 6 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

01 mart 2019-cu il saat 11:00-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Samux rayonunda Tatlı kənd ümumi orta məktəbin binasında yanğın olması barədə məlumat daxil olub. Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış ünvanına cəlb olunub. Dövlət Yanğından Mühafizə Xidmətinin məlumatına əsasən, qızdırıcı sobanın bacasının ətrafında tüstülənmə yaranıb və yanğından mühafizə bölmələri çatana kimi məktəbin işçiləri tərəfindən qarşısı alınıb. Yanğın hadisəsi olmayıb.

Geri

01 mart 2019-cu il saat 09:00-dək:

Gəncə şəhərinin Kəpəz rayonunda ümumi sahəsi 165 m² olan birmərtəbəli 3 otaqlı evin 1 otağının tavanı 18 m² sahədə yanıb, yüksək temperaturdan hamam otağının və dəhlizinin lambirindən ibarət tavanı 12 m² sahədə əriyib. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

01 mart 2019-cu il saat 04:00-dək:

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Xətai rayonunda 2 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Çağırış ünvanına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin qapısını açıb. Mənzilə baxış keçirilən zaman 1 nəfər azyaşlı yatılı vəziyyətdə, digər 1 nəfər isə halsız vəziyyətdə aşkar edilərək aidiyyəti üzrə təhvil verilib. Əməliyyat başa çatıb.