Geri

01 fevral 2019-cu il saat 19:00-dək:

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonunda sursat aşkar olunması barədə məlumat daxil olmuşdur. Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) pirotexniki işlər üzrə mütəxəssisləri və kinoloji qrupu, Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) mütəxəssisləri qeyd olunan əraziyə cəlb olunmuşlar. XRXX-nin mütəxəssisləri hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birgə hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri həyata keçirmişlər. Aşkar olunmuş sursata baxış zamanı müəyyən olunmuşdur ki, bu, döyüş tətbiqinə yararlı olan 1 ədəd əl qumbarasıdır. Sursat ANAMA-nın mütəxəssisləri tərəfindən götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınmışdır. Qumbaranın tapıldığı əraziyə yerüstü baxış zamanı heç bir şübhəli əşya aşkar edilməmişdir.
Geri

01 fevral 2019-cu il saat 09:30-dək:

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhərinin Suraxanı rayonunda 3 nəfər qapının təsadüfən kilidlənməsi nəticəsində mənzildə köməksiz vəziyyətdə qalmışdır. Çağırış ünvanına cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri qapının açılmasını təmin etmişlər. Əməliyyat başa çatmışdır.
Geri

01 fevral 2019-cu il saat 09:00-dək:

Bakı şəhərinin Xətai rayonunda uşaq bağçasının yerləşdiyi binanın girişində quraşdırılmış 1 ədəd elektrik lövhəsi yanmışdır. Yanğın zamanı 5 nəfər yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunmuşdur. Bina yanğından mühafizə olunmuşdur. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülmüşdür.

Geri

01 fevral 2019-cu il saat 08:15-dək:

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhərinin Suraxanı rayonunda 1 nəfər liftdə köməksiz vəziyyətdə qalmışdır. Çağırış ünvanına cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri vətəndaşın liftdən çıxmasına kömək etmişlər. Əməliyyat başa çatmışdır.

Geri

01 fevral 2019-cu il saat 04:00-dək:

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhərinin Nəsimi rayonunda “Shachman” markalı betonqarışdıran avtomobil tikilməkdə olan binanın bünövrəsinə yük boşaldarkən aşmışdır. Çağırış ünvanına cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri sürücü, 1966-cı il təvəllüdlü Eldar Həşimovun meyitini nəqliyyat vasitəsinin altından çıxarmış və aidiyyəti üzrə təhvil vermişlər. Əməliyyat başa çatmışdır.