Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Nəsimi rayonunda 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Çağırış ünvanına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və vətəndaşı halsız vəziyyətdə aşkar edərək aidiyyəti üzrə təhvil veriblər.
Gəncə şəhərinin Nizami rayonunda “Volkswagen” markalı minik avtomobilinin yanar hissələri yanıb. Yaxınlıqdakı kommunikasiya xətləri yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;
Hacıqabul rayonunda “Mercedes” və "КамАЗ" markalı iki yük avtomobili toqquşub. Hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan 1 nəfəri deformasiyaya uğrayan “Mercedes” markalı yük avtomobilindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər;
Qobustan rayonunda “Daewoo” markalı minik avtomobilinin yanar hissələri yanıb. Yaxınlıqdakı kommunikasiya xətləri yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;
Yevlax şəhərinin Kövər kəndində ümumi sahəsi 240 m² olan tövlənin yanar konstruksiyaları və çardağına yığılan 15 ton ot bağlamasının 7 tonu yanıb. Yüksək temperaturdan yaxınlıqdakı “ВАЗ” markalı minik avtomobili qarsalanıb. Yanğın nəticəsində 4 nəfər tüstüdən zəhərlənib. Bitişik ev və ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub.