Bakı şəhərinin Suraxanı rayonunda ümumi sahəsi 40 m² olan köməkçi tikilinin yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Saatlı rayonunun Dəlilər kəndində ümumi sahəsi 190 m² olan birmərtəbəli 6 otaqlı evin yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Balakən rayonunun Xalatala kəndində ümumi sahəsi 60 m² olan köməkçi tikilinin yanar konstruksiyaları və bitişik ümumi sahəsi 90 m² olan talvarın yanar konstruksiyaları 25 m² sahədə yanıb. Talvarın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə, Kürdəmir rayonunda 1 nəfərin “Mercedes” markalı yük avtomobilinin altında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. Hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri 1977-ci il təvəllüdlü Bayramov İlham Nail oğlunun meyitini avtomobilin altından çıxararaq aidiyyəti üzrə təhvil veriblər.