Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə, Kürdəmir rayonunda 1 nəfərin “Mercedes” markalı yük avtomobilinin altında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. Hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri 1977-ci il təvəllüdlü Bayramov İlham Nail oğlunun meyitini avtomobilin altından çıxararaq aidiyyəti üzrə təhvil veriblər.