Geri

27 dekabr 2019-cu il saat 23:00-dək:

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Nərimanov rayonunda 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1936-cı il təvəllüdlü Musayev Yusub Hümbət oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər.

Geri

27 dekabr 2019-cu il saat 20:15-dək:

Zaqatala rayonunun Yuxarı Tala kəndində, meşə ərazisində 0,7 ha sahədə kol-kos və xəzəl yanıb. Meşə yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

27 dekabr 2019-cu il saat 13:30-dək:

Bakı şəhərinin Sabunçu rayonunda ümumi sahəsi 200 m² olan ikimərtəbəli evin mətbəxində 2 ədəd məişət avadanlığı və mebel 3 p.m yanıb. Yüksək temperaturdan lambirindən ibarət tavan 9 m² sahədə əriyib. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

27 dekabr 2019-cu il saat 12:30-dək:

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Şirvan şəhərində “Hyundai” markalı minik avtomobili yol kənarındakı maneəyə çırpılıb. Hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan 1985-ci il təvəllüdlü Şamilov Qadir Cəfər oğlunun meyitini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Geri

27 dekabr 2019-cu il saat 09:00-dək:

Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Nizami, Suraxanı, Səbail, Xətai və Yasamal rayonları üzrə ayrı-ayrı ünvanlarda liftdə köməksiz vəziyyətdə qalma ilə bağlı 6 müraciət daxil olub. Dərhal çağırış ünvanlarına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən 2-si azyaşlı olmaqla 8 nəfərin liftdən çıxarılması təmin edilib.

Geri

27 dekabr 2019-cu il saat 08:00-dək:

Şəmkir rayonunun Sabirkənd kəndində ümumi sahəsi 100 m² olan birmərtəbli 3 otaqlı evin yanar konstruksiyaları və içərisindəki əşyalar yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Zaqatala rayonunun Lahıc kəndində ümumi sahəsi 45 m² olan tövlənin çardağına yığılan 1,2 ton ot bağlamasının 500 kiloqramı yanıb. Tövlə və ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.