Geri

26 dekabr 2019-cu il saat 11:15-dək:

Abşeron rayonunun Fatmayı kəndində ümumi sahəsi 100 m² olan birmərtəbəli 4 otaqlı evin dəhlizinin döşəməsi 10 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

26 dekabr 2019-cu il saat 10:45-dək:

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Xaçmaz rayonunun Yergüc kəndində "Toyota" markalı minik avtomobili yol kənarındakı ağaca çırpılıb. Hadisə yerinə cəlb olunan Şimal Regional Mərkəzinin xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan 1 nəfəri deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Geri

26 dekabr 2019-cu il saat 09:00-dək:

Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Binəqədi, Suraxanı və Xətai rayonları üzrə liftdə köməksiz vəziyyətdə qalma ilə bağlı 4 müraciət daxil olub. Dərhal çağırış ünvanlarına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən 1-i azyaşlı olmaqla 7 nəfərin liftdən çıxarılması təmin edilib;

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Xətai rayonunda 2 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Çağırış ünvanına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasetmə qüvvələri tərəfindən vətəndaşlara müvafiq köməklik göstərilib.

Geri

26 dekabr 2019-cu il saat 08:00-dək:

Şəki şəhərinin Böyük Dəhnə kəndində ümumi sahəsi 400 m² olan birmərtəbəli tikilinin yanar konstruksiyaları 300 m² sahədə yanıb. Tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Bakı şəhərinin Xətai rayonunda "Volkswagen" markalı minik avtomobilinin yanar hissələri yanıb. Yaxınlıqdakı avtomobillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Bakı şəhərinin Xəzər rayonunda ümumi sahəsi 5850 m² olan ikimərtəbəli tikilinin (fəaliyyət göstərmir) yanar konstruksiyaları 580 m² sahədə, dam örtüyünün taxta atmaları 100 m² sahədə və zirzəmisi 20 m² sahədə yanıb. Tikilinin qalan hissəsi və bitişik tikili yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Xaçmaz rayonunun Qaraqurdlu kəndində ümumi sahəsi 105 m² olan tövlənin çardağının yanar konstruksiyaları 25 m² sahədə və çardağına yığılan 1,3 ton ot bağlamasının 0,5 tonu yanıb. Tövlənin və ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

26 dekabr 2019-cu il saat 03:00-dək:

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Nizami rayonunda 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Çağırış ünvanına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və vətəndaşı halsız vəziyyətdə aşkar edərək aidiyyəti üzrə təhvil veriblər;

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Səbail rayonunda ağırçəkili 1 nəfərin mənzildən çıxarılaraq təcili tibbi yardım briqadasına təhvil verilməsi üçün müraciət daxil olub. Çağırış ünvanına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri tərəfindən vətəndaşa müvafiq köməklik göstərilib.