Geri

11 dekabr 2019-cu il saat 16:45-dək:

Tovuz rayonunda ümumi sahəsi 80 m² olan ikimərtəbəli kafenin dam örtüyünün yanar konstruksiyaları 40 m² sahədə yanıb. Kafenin qalan hissəsi və bitişik tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Sabirabad rayonunun Məmişlər kəndində ümumi sahəsi 90 m² olan birmərtəbəli 2 otaq və aynabənddən ibarət evin bir otağında ev əşyaları 2 m² sahədə yanıb, tavanı 1 m² sahədə qarsalanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

11 dekabr 2019-cu il saat 16:30-dək:

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Xaçmaz rayonunda bir azyaşlının əli ətçəkən maşında sıxılı vəziyyətdə qalıb. Çağırış ünvanına cəlb olunan Şimal Regional Mərkəzinin xilasetmə qüvvələri həkim nəzarəti altında azyaşlının əlini ət maşınından çıxarıblar.

Geri

11 dekabr 2019-cu il saat 16:00-dək:

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Xətai rayonunda 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1974-cü il təvəllüdlü Hüseynova Esmira Vaqif qızının meyitini aidiyyəti üzrə təhvil veriblər.

Geri

11 dekabr 2019-cu il saat 15:30-dək:

Ağcabədi rayonunun Bala Kəhrizli kəndində ümumi sahəsi 156 m² olan birmərtəbəli 4 otaqlı evin bir otağının tavanı 52 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

11 dekabr 2019-cu il saat 15:15-dək:

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Qobustan rayonunun Cəyirli kəndində 1 nəfərin dərinliyi 12 metr olan su quyusuna düşərək orada köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. Hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri vətəndaşı quyudan çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.

Geri

11 dekabr 2019-cu il saat 13:00-dək:

Bərdə rayonunun Güloğlular kəndində ümumi sahəsi 286 m² olan ikimərtəbəli evin 1-ci mərtəbəsində sahəsi 52 m² olan otaqda quraşdırılan yanacaq sobasında yanğınla nəticələnən partlama baş verib. Yanğın nəticəsində ətrafa dağılmış  yanacaq və  otağın tavanı qismən yanıb. Hadisə zamanı 1 nəfər xəsarət alıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Geri

11 dekabr 2019-cu il saat 11:00-dək:

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Sumqayıt şəhərində 3 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Çağırış ünvanına cəlb olunan Sumqayıt Regional Mərkəzinin xilasetmə qüvvələri tərəfindən vətəndaşlara müvafiq köməklik göstərilib.

Geri

11 dekabr 2019-cu il saat 10:00-dək:

Yevlax şəhər Mərkəzi Xəstəxanasının yerləşdiyi dördmərtəbəli binanın üçüncü mərtəbəsində şaxtadan keçən elektrik kabelləri 3 p.m yanıb. Yüksək temperaturdan 3-cü mərtəbənin tavanı 5 m² sahədə əriyib. Yanğın zamanı 8 nəfər xəstə yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub. Binanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

11 dekabr 2019-cu il saat 09:00-dək:

Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Səbail rayonu üzrə liftdə köməksiz vəziyyətdə qalma ilə bağlı 1 müraciət daxil olub. Dərhal çağırış ünvanına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən 1 nəfərin liftdən çıxarılması təmin edilib.

Geri

11 dekabr 2019-cu il saat 08:45-dək:

Ağdam rayonunun Quzanlı qəsəbəsində ümumi sahəsi 80 m² olan birmərtəbəli 3 otaqlı evdə yanğınla nəticələnən partlayış baş verib. Yanğın nəticəsində evin yanar konstruksiyaları yanıb. Hadisə zamanı 1 nəfər xəsarət alıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Geri

11 dekabr 2019-cu il saat 08:00-dək:

Ağsu rayonunda ümumi sahəsi 112 m² olan birmərtəbəli 5 otaqlı evin dam örtüyü 50 m² sahədə və 1 otağının yanar konstruksiyaları 16 m² sahədə yanıb. Yüksək temperaturdan mətbəxin lambirindən ibarət tavanı 5 m² sahədə əriyib. Evin qalan hissəsi, bitişik köməkçi tikili və talvar yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.