Geri

03 oktyabr 2019-cu il saat 18:45-dək:

Quba rayonunun Qırmızı Qəsəbə qəsəbəsində transformatorun yanar hissələri və ətrafına dağılan yağ qalıqları 1 m² sahədə yanıb. Yaxınlıqdakı ağaclar yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

03 oktyabr 2019-cu il saat 18:30-dək:

Bakı şəhərinin Nizami rayonu C.Naxçıvanski küçəsində çoxmərtəbəli binanın doqquzuncu mərtəbəsində 3 otaqlı mənzilin 1 otağında yanğın baş verib. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Əlavə məlumat veriləcək.

Geri

03 oktyabr 2019-cu il saat 18:15-dək:

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə, Bakı şəhərinin Nizami rayonu, C.Naxçıvanski küçəsində çoxmərtəbəli binada yanğın olması barədə məlumat daxil olub. Dərhal nazirliyin Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri  hadisə yerinə cəlb olunub. Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Əlavə məlumat veriləcək.

Geri

03 oktyabr 2019-cu il saat 13:00-dək:

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə, Qarabağ kanalının Bərdə rayonu, Mirzalıbəyli kəndi ərazisindən keçən hissəsində 1967-ci il təvəllüdlü Mirzəliyev Rizvan Nəriman oğlunun meyitinin sudan çıxarılması üçün müraciət daxil olub. Hadisə yerinə cəlb olunan Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu R.N.Mirzəliyevin meyitini sudan çıxararaq aidiyyəti üzrə təhvil veriblər.​


Geri

03 oktyabr 2019-cu il saat 12:30-dək:

Balakən rayonunun Qasbinə kəndində ümumi sahəsi 64 m² olan tövlənin dam örtüyünün yanar konstruksiyaları və içərisinə yığılan 5 ton ot bağlamasının 2 tonu, yaxınlıqda, ümumi sahəsi 90 m² birmərtəbəli evin içərisində 2 ədəd ev əşyası yanıb. Ot bağlamalarının qalan hissəsi və ev yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

03 oktyabr 2019-cu il saat 09:30-dək:

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Sumqayıt şəhərində 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Çağırış ünvanına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və vətəndaşı halsız vəziyyətdə aşkar edərək aidiyyəti üzrə təhvil veriblər.

 

Geri

03 oktyabr 2019-cu il saat 09:00-dək:

Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Yasamal və Binəqədi rayonları üzrə liftdə köməksiz vəziyyətdə qalma ilə bağlı 2 müraciət daxil olub. Dərhal çağırış ünvanlarına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən 1 azyaşlı olmaqla 6 nəfərin liftdən çıxarılması təmin edilib.