Ağcabədi rayonunun Hindrax qəsəbəsində ümumi sahəsi 12 m² olan taxtadan ibarət tikilinin yanar konstruksiyaları və ümumi sahəsi 9 m² olan köşkün yanar konstruksiyaları 2 m² sahədə yanıb. Köşkün qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;
Bakı şəhərinin Səbail rayonunda “AzSamad” markalı minik avtomobilinin mühərrik hissəsi yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
İmişli rayonunun Çahar kəndində ümumi sahəsi 96 m² olan talvarın yanar konstruksiyaları və altına yığılan 10 ton ot bağlamasının 4 tonu yanıb. Ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;
Sabirabad rayonunun Muradbəyli kəndində ümumi sahəsi 300 m² olan talvarın yanar konstruksiyaları 50 m² sahədə və altına yığılan 120 ton ot bağlamasının 20 tonu yanıb. Ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;
Şirvan şəhərində ümumi sahəsi 130 m² olan birmərtəbəli 4 otaqlı evin 1 otağının yanar konstruksiyaları və ev əşyaları 12 m² sahədə, dam örtüyü 60 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.