Geri

26 oktyabr 2019-cu il saat 20:45-dək:

Ağcabədi rayonunun Xocavənd kəndində ümumi sahəsi 24 m² olan qamışdan ibarət köməkçi tikili yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

26 oktyabr 2019-cu il saat 19:00-dək:

Gədəbəy rayonunun Maarif kəndində ümumi sahəsi 102 m² olan talvarın yanar konstruksiyaları 50 m² sahədə və altına yığılan 6 ton ot bağlamasının 3 tonu yanıb. Talvarın, ot bağlamalarının qalan hissəsi və talvara bitişik ev yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

26 oktyabr 2019-cu il saat 16:00-dək:

Cəlilabad rayonunun Alar kəndində “ВАЗ" markalı minik avtomobilinin mühərrik hissəsində elektrik avadanlıqları və salonu qismən yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Kürdəmir rayonunun Garıs Əyribənd kəndində 15 ton ot bağlamasının 12 tonu yanıb. Ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

26 oktyabr 2019-cu il saat 12:00-dək:

Samux rayonunda ümumi sahəsi 30 m² olan tövlənin çardağı 25 m² sahədə və bitişik ümumi sahəsi 15 m² olan talvarın yanar konstruksiyaları yanıb. Tövlənin qalan hissəsi və yaxınlıqdakı ev yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

26 oktyabr 2019-cu il saat 09:00-dək:

Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Suraxanı rayon üzrə liftdə köməksiz vəziyyətdə qalma ilə bağlı 2 müraciət daxil olub. Dərhal çağırış ünvanlarına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən 2 nəfərin liftdən çıxarılması təmin edilib;

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Sumqayıt şəhərində 1 azyaşlının barmağında dəmir halqa sıxılaraq qalıb. Çağırış ünvanına cəlb olunan Sumqayıt Regional Mərkəzinin xilasediciləri halqanın müvafiq qaydada çıxarılmasını təmin ediblər;

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Qobustan rayonu ərazisində “ВАЗ" markalı iki minik avtomobili toqquşub. Hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri 2 nəfərin meyitini və müxtəlif xəsarətlər alaraq sıxılı vəziyyətdə qalan 1 nəfəri deformasiyaya uğrayan nəqliyyat vasitələrindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Geri

26 oktyabr 2019-cu il saat 08:45-dək:

Gəncə şəhərinin Kəpəz rayonunda beşmərtəbəli yaşayış binasının birinci mərtəbəsində yanğınla nəticələnən partlayış baş verib. Yanğın nəticəsində ümumi sahəsi 25 m² olan 1 otaqlı mənzilin yanar konsturuksiyaları 16 m² sahədə yanıb. Partlayış dalğasının təsirindən otağın qapı və pəncərə çərçivələri yerindən çıxıb. Yanğın zamanı 5 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Geri

26 oktyabr 2019-cu il saat 07:00-dək:

Ağdaş rayonunda ümumi sahəsi 44 m² olan köməkçi tikilinin yanar konstruksiyalar 20 m² sahədə yanıb. Köməkçi tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

26 oktyabr 2019-cu il saat 03:45-dək:

Göyçay rayonunun Yalman kəndində ümumi sahəsi 70 m² olan tövlənin yanar konsturuksiyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Qax rayonunun Qıpçaq kəndində ümumi sahəsi 105 m² olan tövlənin yanar konstruksiyaları 70 m² sahədə və damına yığılan 15 ton ot bağlamasının 7,5 tonu yanıb. Tövlənin və ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.