Geri

11 oktyabr 2019-cu il saat 13:00-dək:

Bakı şəhərinin Pirallahı rayonundan, balıq tutmaq məqsədi ilə dənizə çıxaraq itkin düşən 1976-cı il təvəllüdlü Quliyev Vurğun Akif oğlunun axtarışları davam etdirilir.

Axtarışlara Fövqəladə Hallar Nazirliyinin Aviasiya Dəstəsinin bir helikopteri cəlb olunub.

Əlavə məlumat veriləcək.

Geri

11 oktyabr 2019-cu il saat 09:00-dək:

Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Nərimanov və Səbail rayonları üzrə liftdə köməksiz vəziyyətdə qalma ilə bağlı 3 müraciət daxil olub. Dərhal çağırış ünvanlarına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən 4 nəfərin liftdən çıxarılması təmin edilib.

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Yasamal və Səbail rayonlarında ayrı-ayrı ünvanlarda 2 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Çağırış ünvanlarına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri 2 nəfərə müvafiq köməklik göstərib.

Geri

11 oktyabr 2019-cu il saat 08:00-dək:

Bakı şəhərinin Binəqədi rayonunda “Mercedes" markalı minik avtomobilinin yanar hissələri yanıb. Yaxınlıqdakı avtomobillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Gədəbəy rayonunun Slavyanka kəndində həyətyanı sahəyə yığılan 15 ton ot bağlamasının 6 tonu yanıb. Ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.