Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Astara rayonu ərazisində “LADA” markalı minik avtomobili yol kənarına aşıb. Hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan 1 nəfərin (şəxsiyyəti dəqiqləşdirilir) meyitini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.
Masallı rayonunun Qızılağac kəndində ümumi sahəsi 27 m² olan talvarın altına yığılan 6 ton ot bağlamasının 2 tonu yanıb. Talvar və ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;
Qazax rayonunda ümumi sahəsi 18 m² olan tikilinin taxta və lambirindən ibarək üzlüyü, içərisindəki əşyalar yanıb. Tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.