Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhərinin Nizami rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalmışdır. Çağırış ünvanına cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin qapısını açmış və vətəndaşı halsız vəziyyətdə aşkar edərək aidiyyəti üzrə təhvil vermişlər. Əməliyyat başa çatmışdır.
Sabirabad rayonunun Güdəcühür kəndində ümumi sahəsi 100 m² olan kürsülü, birmərtəbəli 2 otaq və eyvandan ibarət evin tavanının, çardağının yanar konstruksiyaları 70 m² sahədə və bir otağının döşəməsi 20 m² sahədə yanmışdır. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülmüşdür.
Bakı şəhərinin Yasamal rayonunda ümumi sahəsi 55 m² olan birmərtəbəli 3 otaqlı evin bacasının ətrafı 5 m² sahədə yanmışdır. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülmüşdür.
Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhərinin Nəsimi rayonunda çarpayıdan yıxılan ağırçəkili kişiyə müvafiq köməkliyin göstərilməsi üçün müraciət daxil olmuşdur. Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasetmə qrupu göstərilən ünvana gələrək vətəndaşa müvafiq köməklik göstərmişdir. Əməliyyat başa çatmışdır.
Quba rayonunun Zərdabi qəsəbəsində ayrı-ayrı vətəndaşlara məxsus sahələrə yığılmış ümumilikdə 13 ton ot bağlamasının 7 tonu yanmışdır. Ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülmüşdür.