Bakı şəhərinin Yasamal rayonunda ümumi sahəsi 55 m² olan birmərtəbəli 3 otaqlı evin bacasının ətrafı 5 m² sahədə yanmışdır. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülmüşdür.
Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhərinin Nəsimi rayonunda çarpayıdan yıxılan ağırçəkili kişiyə müvafiq köməkliyin göstərilməsi üçün müraciət daxil olmuşdur. Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasetmə qrupu göstərilən ünvana gələrək vətəndaşa müvafiq köməklik göstərmişdir. Əməliyyat başa çatmışdır.
Quba rayonunun Zərdabi qəsəbəsində ayrı-ayrı vətəndaşlara məxsus sahələrə yığılmış ümumilikdə 13 ton ot bağlamasının 7 tonu yanmışdır. Ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülmüşdür.