Geri

03 yanvar 2019-cu il saat 07:00-dək:

Sabirabad rayonunun Çöl Ağaməmmədli kəndində ümumi sahəsi 190 m² olan birmərtəbəli 4 otaq və aynabənddən ibarət evin 1 otağının yanar konstruksiyaları 35 m² sahədə yanmışdır. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülmüşdür.

Geri

03 yanvar 2019-cu il saat 06:00-dək:

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhərinin Nərimanov rayonunda 2 nəfər liftdə köməksiz vəziyyətdə qalmışdır. Çağırış ünvanına cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri vətəndaşların liftdən çıxmasına kömək etmişlər. Əməliyyat başa çatmışdır.

Geri

03 yanvar 2019-cu il saat 03:00-dək:

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhərinin Xətai rayonunda Nobel prospekti 86 ünvanında yerləşən ikimərtəbəli binada yanğın Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən söndürülmüşdür. Əlavə məlumat veriləcək.
Geri

03 yanvar 2019-cu il saat 02:00-dək:

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş ilkin məlumata əsasən, Bakı şəhərinin Xətai rayonunda Nobel prospekti 86 ünvanında məcburi köçkünlərin məskunlaşdığı ikimərtəbəli binanın (taxta konstruksiyalardan ibarət) bir hissəsinin dam örtüyü yanmışdır. Yanğın saat 01:53-də Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən məhdudlaşdırılmışdır (yanğının yayılma təhlükəsi yoxdur). Yanğın zamanı bina sakinləri təhlükəsiz əraziyə təxliyə olunmuşdur. İlkin məlumata əsasən, yanğın zamanı xəsarət alan olmamışdır. Əlavə məlumat veriləcək.
Geri

03 yanvar 2019-cu il saat 01:00-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Xətai rayonunda Nobel prospektində yerləşən ikimərtəbəli yaşayış binasında yanğın olması barədə məlumat daxil olmuşdur. Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qrupu çağırış ünvanına cəlb olunmuşdur. Hazırda yanğınsöndürmə və digər təxirəsalınmaz tədbirlər həyata keçirilir. Əlavə məlumat veriləcək.