Ağstafa rayonunun Poylu kəndində bir dam altında tikilmiş 3 ailənin yaşadığı birmərtəbəli binada ümumi sahəsi 140 m² olan 2 otaqlı evin 1 otağının yanar konstruksiyaları 20 m² sahədə, digər otağının qapı-pəncərə çərçivəsi 6 m² sahədə və dam örtüyünün yanar konstruksiyaları 40 m² sahədə yanmışdır. Yanğın zamanı 1 nəfər xəsarət almışdır. Evin qalan hissəsi və bitişik evlər yanğından mühafizə olunmuşdur. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülmüşdür.
Bakı şəhərinin Yasamal rayonunda "Mercedes" markalı minik avtomobilinin mühərrik hissəsi yanmışdır. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülmüşdür;
Bakı şəhərinin Nəsimi rayonunda beşmərtəbəli yaşayış binasının 5-ci mərtəbəsində ümumi sahəsi 55 m² olan 2 otaqlı mənzilin mətbəxinin yanar konstruksiyaları 12 m² sahədə və içərisində 2 ədəd məişət avadanlığı, hamam otağının lambirindən ibarət tavanı 3 m² sahədə və plastik qapısı yanmış, yüksək temperaturdan 1 ədəd kondisioner ərimişdir. Yanğın zamanı 8 nəfər yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə edilmişdir. Mənzilin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülmüşdür.