Geri

02 yanvar 2019-cu il saat 21:00-dək:

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bərdə rayonunda "BMW" markalı minik avtomobili yol kənarındakı ağaca çırpılmışdır. Hadisə yerinə cəlb olunmuş Qarabağ Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri sıxılmış vəziyyətdə qalmış sərnişini deformasiyaya uğramış nəqliyyat vasitəsindən çıxarmış və aidiyyəti üzrə təhvil vermişlər. Əməliyyat başa çatmışdır.

Geri

02 yanvar 2019-cu il saat 19:30-dək:

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhərinin Nərimanov rayonunda 1 nəfər liftdə köməksiz vəziyyətdə qalmışdır. Çağırış ünvanına cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri vətəndaşın liftdən çıxmasına kömək etmişlər. Əməliyyat başa çatmışdır.
Geri

02 yanvar 2019-cu il saat 19:00-dək:

Bakı şəhərinin Nəsimi rayonunda çoxmərtəbəli yaşayış binasının fasadında elektrik kabeli 3 p.m yanmışdır. Bina yanğından mühafizə olunmuşdur. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülmüşdür.
Geri

02 yanvar 2019-cu il saat 13:45-dək:

Göygöl rayonunun Sarısu kəndində ümumi sahəsi 32 m² olan tövlənin çardağı 7 m² sahədə və içərisinə yığılmış 6 ton ot bağlamasının 1 tonu  yanmışdır. Tövlənin və ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülmüşdür.
Geri

02 yanvar 2019-cu il saat 09:00-dək:

Cəlilabad rayonunun Edişə kəndində ümumi sahəsi 145 m² olan birmərtəbəli 2 otaq və aynabənddən ibarət evin 2 otağının, aynabəndinin və dam örtüyünün yanar konstruksiyaları 120 m² sahədə yanmışdır. Evin və dam örtüyünün qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülmüşdür;

Masallı rayonunun Xırmandalı kəndində ümumi sahəsi 75 m² olan mağazanın yanar konstruksiyaları yanmışdır. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunmuşdur. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülmüşdür;

Gəncə şəhərinin Kəpəz rayonunda ümumi sahəsi 120 m² olan birmərtəbəli 4 otaqlı evin 1 otağının döşəməsi 0,5 m² sahədə və digər otaqlarında ev əşyaları qismən yanmışdır. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülmüşdür;

Quba rayonunun İkinci Nügədi kəndində ümumi sahəsi 30 m² olan birmərtəbəli 1 otaq və aynabənddən ibarət evin yanar konstruksiyaları, evə bitişik ümumi sahəsi 50 m² olan tikilinin (avtomobil təmiri sexi kimi fəaliyyət göstərir) lambirdən ibarət tavanı 15 m² sahədə yanmışdır. Tikilinin qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunmuşdur. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülmüşdür.

Geri

02 yanvar 2019-cu il saat 08:30-dək:

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhərinin Yasamal rayonunda ikisi azyaşlı olmaqla 5 nəfər liftdə köməksiz vəziyyətdə qalmışdır. Çağırış ünvanına cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri vətəndaşların liftdən çıxmasına kömək etmişlər. Əməliyyat başa çatmışdır;

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhərinin Xətai rayonunda 2 nəfər liftdə köməksiz vəziyyətdə qalmışdır. Çağırış ünvanına cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri vətəndaşların liftdən çıxmasına kömək etmişlər. Əməliyyat başa çatmışdır.